Xəbər lenti

İlham Əliyev dini icmalara 2,5 milyon yardım ayırdı
Ölkə15:21 27.11.2014

İlham Əliyev dini icmalara 2,5 milyon yardım ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı ayırıb. Qaynar.info xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılsın.
İlham Əliyev Maliyyə Nazirliyinə tapşırıb ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Qaynar.info