Xəbər lenti

İlham Əliyev Əhmədinejada başsağlığı verdi
Ölkə14:05 17.04.2013

İlham Əliyev Əhmədinejada başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığında deyilir: “Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”. 

Qaynar.info