Xəbər lenti

İlham Əliyev Ermənistanın son təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayını açıqladı (VİDEO)
Ölkə16:25 15.10.2020

İlham Əliyev Ermənistanın son təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayını açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev "RİA Novosti”yə verdiyi müsahibəsində Dağlıq Qarabağdakı son gərginlik zamanı Azərbaycanın 43 dinc vətəndaşının öldürüldüyünü, 200-dən çoxunun yaralandığını və iki minə yaxın evin dağıldığını söyləyib.
"Bu günə qədər mülki əhali arasında 43 ölü, 200-dən çox yaralı var, təmas xətti yaxınlığındakı kənd və şəhərlərdə iki minə yaxın ev ya tamamilə dağılıb, ya da zərər görüb”, - deyə ölkə başçısı bildirib.
"Təəssüf ki, Ermənistan tərəfindən artilleriya atəşləri, həmçinin 10 dinc sakinin öldüyü, 40-a yaxın yaralının olduğu Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi hətta atəşkəsin parametrlərinin razılaşdırılmasından sonra da davam edir”, - deyə prezident əlavə edib.