
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynarinfo.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan rəssamlıq məktəbinin inkişafında xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilovu “Şərəf” ordeni ilə təltif edib.
Qeyd edək ki, Xalq rəssamı Fərhad Xəlilov 26 noyabr 1946-cı ildə anadan olub. Onun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mardakan və başqaları buna misal ola bilər.
1987-ci ildə Fərhad Xəlilov Azərbaycanın rəssamlarının İttifaqının sədri seçilib, bu yaradıcılıq birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə SSRİ ölkələrində, Avropada, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib. 2006-cı ildə Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeniylə mükafatlandırılmışdı.
Qaynarinfo.Az