Xəbər lenti

İlham Əliyev fəvvarələr kompleksində - FOTOLAR
Ölkə14:15 04.02.2015

İlham Əliyev fəvvarələr kompleksində - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.

Qaynar.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verdi. Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.

Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tövsiyələrini verdi.

Qaynar.info