Xəbər lenti

İlham Əliyev gəldi, icra başçısı “sabunçulu Robinzon”u polisə apardı - FOTOLAR
Ölkə10:17 24.07.2014

İlham Əliyev gəldi, icra başçısı “sabunçulu Robinzon”u polisə apardı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda insanların əslində heç bir iri şəhərdə görməyəöyrəşmədiyi, ağlımıza gətirməkdə belə çətinlik çəkdiyimiz qeyri-adi bir“ada-ev” var. Bu gün o evin sakinlərinin başına sözün əsl mənasında oyunaçıblar.

Belə ki, polislər Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısıAdil Vəliyevin göstərişi ilə Hüseynovlar ailəsini bu gün sürüyərəkdaxmasından çölə çıxarıb. Onlar Post-Patrul Xidmətinin maşınınamindirilərək polis bölməsinə aparılıblar.

Bu məlumatı virtualaz.org saytına ev sahibi ƏləkbərHüseynov özü verib. Ələkbər Hüseynovun sözlərinə görə, o və qardaşıMurad Hüseynov hazırda Sabunçu Rayon Məhkəməsindədirlər.

Hadisəyə isə prezident İlham Əliyevin bu gün Bakı OlimpiyaStadionundakı tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədiləBöyükşor qəsəbəsinə getməsi səbəb olub. Belə ki, prezidentin gəlişindənxəbər tutan icra başçısı həmin ailəni evindən çıxarıb. Məqsəd isəonların səslərini “batırmaq” olub.

Ələkbər Hüseynov bildirdi ki, əvvəl onların evinə nəzarət üçün ikipolis əməkdaşı gəlib. Polislər ev sahiblərinə onlarla birlikdə evdəolacaqlarını, mənzildən çıxmamaq, gözə görünməmək üçün onlara nəzarətedəcəklərini deyiblər: “Biz buna etiraz etmədik. Daha sonra Sabunçununicra başçısı Adil Vəliyev özü evimizə gəldi. Dedi ki, burada qalabilməzsiniz. İcra başçısı polislərə göstəriş verdi ki, bizi evdən zorlaçıxarsınlar. Məni, qardaşımı, həyat yoldaşımı və iki uşağımı sürüyərəkevdən çıxardılar. Fikirləşdilər ki, birdən biz evdən çıxıb prezidentəmüraciət edərik, dərdimizi, məmurlardan şikayətimizi deyərik. Ona görədə bizi təcrid etdilər”.

Ə.Hüseynov həyat yoldaşı və iki uşağının icra nümayəndəliyinə,qardaşı Muradla onu isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polisbölməsinə aparıldığını söylədi. Hər iki qardaş daha sonra bölmədənSabunçu Rayon Məhkəməsinə aparılıblar.

Ə.Hüseynov onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəlisürüldüyünü və hazırda məhkəmə binasında saxlanıldıqlarını dedi. Bu günsaat 15:00-da hakim İlqar Abbasovun sədrliyi ilə məhkəmə prosesikeçiriləcək.

Xatırladaq ki, Hüseynovlar ailəsi evlərinin sökülməsinin müqabilindəonlara verilən kompensasiyanın məbləği ilə razılaşmır. “Dərnəgül yolu”kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanlarıisə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsistadionun tikintisi ilə bağlı bütün qonşularının köçməsinə rəğmən heçyerə getməyəcəklərini deyirlər. Onlar bir ildən çoxdur ki, qaz, işıq vəsusuz qalıblar və ədalətli kompensasiya üçün Sabunçu RİH-lə mübahisə vəmübarizədədirlər.

Hüseynovlar ailəsi evlərinin sahəsinin düzgün hesablanmadığını,onlara çatacaq kompensasiyanın az olduğunu deyir və 40 ildən artıqdıryaşadıqları sənədli evlərinin qanunsuz şəkildə sökülməsi cəhdinə etirazedir.

Qaynar.info