Xəbər lenti

İlham Əliyev Gül bayramına qatıldı
Ölkə06:02 10.05.2014

İlham Əliyev Gül bayramına qatıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət başçısı ailə üzvləri ilə birgə güllərlə bəzədilmiş parkı gəziblər.

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Bakıda, onun adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilib.

Qaynar.info AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.

Prezident və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəziblər.

Qaynar.info