Xəbər lenti

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Ölkə05:26 10.05.2014

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib.

Qaynar.info-nun xəbərinə görə, burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səslənib.

Qaynar.info