Prezident İlham Əliyev iki sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Prezidentin digər sərəncamı ilə Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Qaynar.info