Xəbər lenti

İlham Əliyev: "İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"
Ölkə15:43 03.05.2023

İlham Əliyev: "İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib".
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.
"İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs verib", - deyə dövlət başçısı qeyd edib.