Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilməsi haqda sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib.
Qaynar.info