Xəbər lenti

İlham Əliyev Kəbədə namaz qılıb
Ölkə07:06 07.04.2015

İlham Əliyev Kəbədə namaz qılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar. 

Qaynar.info AzerTac-a istinadən xəbər verir ki, prezident və ailəsi xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.

Dövlət başçısı və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.

Qaynar.info