Bu gün "Bulvar" otelində I Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilir.
Tədbirdə prezident İlham Əliyev də iştirak edir. Ölkə başçısı oyunların yüksək səviyyədə təşkil olunduğunu və uğurla başa çatdırıldığını bildirib. Prezident Bakıda keçirilən möhtəşəm yarışda yüksək əməyi keçən I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunduğunu açıqlayıb.
Bundan başqa, gənclər və idman naziri Azad Rəhimov “Şöhrət” ordeni ilə mükafatlandırılıb.
Daha bir mükafat isə fövqəladə hallar naziri Kəmaləddin Heydərova verilib. Belə ki, nazir “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.//qafqazinfo.az
Qaynar.info