Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüş Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018”də baş tutub. Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.
Qeyd edək ki, Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. "Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında "RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir.