Xəbər lenti

İlham Əliyev nazirliyin səlahiyyətlərini artırdı
Ölkə13:55 19.12.2019

İlham Əliyev nazirliyin səlahiyyətlərini artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri artırılıb.
Qaynarinfo xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməsində dəyişiklik edilib.
Fərmana əsasən, nazirliyin vəzifələri sırasına "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək daxil edilib.