Prezident İlham Əliyev Rene van der Lindenin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Niderland Hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Linden “Dostluq” ordeni ilə təltif edilib.