Xəbər lenti

İlham Əliyev prezident seçildi - YEKUN NƏTİCƏ
Ölkə10:52 10.10.2013

İlham Əliyev prezident seçildi - YEKUN NƏTİCƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

MSK yekun nəticələri açıqladı

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yekun nəticələrini açıqlayıb. Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, MSK-nın 5492 seçki məntəqəsinin hamısından ilkin məlumatlar Mərkəzi Seçki Komissiyasına elektron variantda daxil olub və qurumun veb-səhifəsində yerləşdirilib.

Yekun nəticələrə əsasən Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd İlham Əliyev 84,55 faizlə (3 126 612 səs) liderdir.

Cəmil Həsənli - 5,53% (204 635 səs)

İqbal Ağazadə 2,40% (88 667 səs)

Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)

Zahid Oruc - 1,45% (53 717 səs)

İlyas İsmayılov - 1,07% (39 641 səs)

Araz Əlizadə - 0,87% (32 065 səs)

Fərəc Quliyev - 0,86% (31 774 səs)

Hafiz Hacıyev - 0,66% (24 459 səs)

Sərdar Məmmədov - 0,61% (22 728 səs)
Xatırladaq ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı isə 5 milyon 163 min 231 nəfərdir. Ölkə üzrə ümumi seçici fəallığı isə 72,1 faiz təşkil edib. Səsvermədə seçicilərin 3 720 643 nəfəri iştirak edib.


Qaynar.info