Xəbər lenti

İlham Əliyev: "Qarabağla bağlı hüquqi baza yaradılıb"
Ölkə13:45 09.04.2018

İlham Əliyev: "Qarabağla bağlı hüquqi baza yaradılıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb.
Qaynarinfo xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” konfransında qəbul edilən qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir.
Prezident çıxışında bu il Azərbaycanda 34 min yeni iş yerinin yaradıldığını vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, 2018-ci ilin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb:
"Qeyri-neft sektorunda, sənaye istehsalında, qeyri-neft sənayesində və kənd təsərrüfatında ciddi artım əldə olunub. Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub”.