Xəbər lenti

İlham Əliyev Qəbələdədir
Ölkə11:03 14.08.2013

İlham Əliyev Qəbələdədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna səfər edib.

Dövlət başçısı Qəbələ şəhərindəki parkda Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.

Qaynar.info