
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeni park kompleksinin açılışında iştirak edib.
AzərTac-ın verdiyi xəbərə görə, Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub.
İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Yeddi hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Parkda 5 fəvvarə inşa olunub.
Qaynar.info