Xəbər lenti

Prezident Qobustanda açılış etdi, yolun yenidən qurulması layihəsi ilə tanış oldu (FOTO/YENİLƏNİB)
Ölkə07:24 29.07.2020

Prezident Qobustanda açılış etdi, yolun yenidən qurulması layihəsi ilə tanış oldu (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Bu gün Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. İlham Əliyev də açılışda iştirak edib.
Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.
Prezident bu gün həmçinin Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.