Xəbər lenti

İlham Əliyev: "Bütün məmurlar məni bir daha eşitsinlər" - FOTOLAR
Ölkə05:23 25.12.2013

İlham Əliyev: "Bütün məmurlar məni bir daha eşitsinlər" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan sosial dövlətdir. Əsaslı iqtisadi islahatların aparılmasıilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünküreallıqları müəyyən edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət dahada böyük olacaq".

Bunu Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıqİmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadansonra açılış mərasimində iştirak edən prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, gənclərimiz vətənpərvərdir, Vətənə bağlıolan gənclərdir, biliyə, savada çox meyllidirlər. "Bu gün hesab edirəm,hər kəs dərk edir ki, yüksək bilik olmasa, cəmiyyətdə layiqli yer tutmaqmümkün olmayacaq. Dövlət bundan sonra da bu sahədə öz siyasətiniaparacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılanislahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcək. Hər birsahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaq. Əminəm ki,hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaşbunu hiss edəcək".

Prezident çıxışında bildirib ki, məcburi köçkünlərin yaşayış səviyyəsiniyaxşılaşdırmaq və məşğulluğu artırmaq üçün dövlət proqramları icraedilir. Belə ki, hər il 20 min köçkün yeni mənzillərə yerləşdirilir.Fiziki imkanları məhdud olan şəxslərə, Qarabağ müharibəsi əlillərinə,şəhid ailələrinə dövlət tərəfindən hər il mənzillər, minik maşınlarıverilir.
O, sosial məsələlərin həlli üçün ölkənin daha da yaxşı imkanlar olacağını deyib.

İ.Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı olduğunu bir dahabəyan edib. "Bu, sadəcə sözlər deyildir, bu, reallıqdır, siyasətdir.Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha damöhkəmləndirək. Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycanxalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir. Ona görə daha dagüclü, daha da möhkəm olmalıyıq. Buna nail olmaq üçün bütün imkanlarvar".

O, bu yaxınlarda start verilən böyük qaz layihəsinin bundan sonra ən azı100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcəyini qeyd edib.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatlarındavamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühümmeyarlardan biri olduğunu qeyd edib.
"Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir.Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələrarasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görəhər yerdə ədalət olmalıdır.

Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosialyardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq.Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım alabilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi.Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallarhaqqında, ədalət pozulduqda məlumat versinlər.

Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütünxoşagəlməz halları yaxın zamanda aradan götürəcək. Ciddi təmizlik işləriaparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mənbunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eynimünasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdədə, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimiproblemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq,ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunugörmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həmbeynəlxalq müstəvidə.

Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər.Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya,rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansızmübarizə aparacaq".

















Qaynar.info