Xəbər lenti

İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"
Ölkə16:10 29.12.2022

İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək".
Qaynarinfo xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlət başçısı qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib.
"Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti vurğulayıb.