Xəbər lenti

İlham Əliyev: "Şəhidlərimizi ehtiramla yad edirik!"
Ölkə06:58 04.12.2020

İlham Əliyev: "Şəhidlərimizi ehtiramla yad edirik!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı "Facebook" hesabında paylaşım edib.
Qaynarinfo xəbər verir ki, paylaşımda xarıbülbül ikonası fonunda "Şəhidlərimizi ehtiramla yad edirik!" cümləsi yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FPresidentIlhamAliyev%2Fposts%2F10164229934375315&show_text=true&width=552&height=498&appId" width="552" height="498" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">