Xəbər lenti

İlham Əliyev tapşırıq verdi: "Ticarət mərkəzlərində ciddi yoxlanılmalar aparılsın"
Ölkə10:11 28.03.2019

İlham Əliyev tapşırıq verdi: "Ticarət mərkəzlərində ciddi yoxlanılmalar aparılsın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bütün ticarət mərkəzlərində ciddi təftiş aparılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də sədrliyi ilə keçirilən müşavirədə bəyan edib. 
Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verdi. Bildirdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.