Xəbər lenti

İlham Əliyev təhsil naziri ilə görüşdü
Ölkə11:40 21.05.2013

İlham Əliyev təhsil naziri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəyinə dair qəti əminlik ifadə olunub.

Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Qaynar.info