Xəbər lenti

İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi
Ölkə05:49 26.02.2018

İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət edib.
Qaynarinfo xəbər verir ki, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.