Xəbər lenti

İlham Əliyevdən 3 yeni təyinat
Ölkə05:24 02.11.2013

İlham Əliyevdən 3 yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynar.info prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sənəddə deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Ceyhun Rasim oğlu Əhmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
2. Məhərrəm Ələkbər oğlu Allahverdiyev Qazax Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
3. Hilal İsmayıl oğlu Xəlilov Masallı Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin".

Qaynar.info