Xəbər lenti

İlham Əliyevdən Dədə Qorqudla bağlı SƏRƏNCAM
Ölkə16:10 20.02.2015

İlham Əliyevdən Dədə Qorqudla bağlı SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.
Qaynar.info xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Prezident yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün təqdim etməlidir.
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.
Qaynar.info