Xəbər lenti

İlham Əliyevdən Obamaya təbrik - FOTO
Ölkə09:50 03.08.2015

İlham Əliyevdən Obamaya təbrik - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Barak Obamaya təbrik məktubu göndərib.

Qaynar.info-nun məlumatına görə, Azərbaycanın dövlət başçısı amerikalı həmkarını ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik arzulayıb.

Məktubda deyilir: "Azərbaycan ilə 

Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.

İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

İlham Əliyev və Barak Obama

Bununla yanaşı, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."

Qaynar.info