Xəbər lenti

İlham Əliyevdən qatar qəzası ilə bağlı Başsağlığı
Ölkə13:25 21.11.2016

İlham Əliyevdən qatar qəzası ilə bağlı Başsağlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Hindistan prezidenti Pranab Mukherciyə başsağlığı verib.

Qaynarinfo.Az AzerTac-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Qaynarinfo.Az