Xəbər lenti

İlham Əliyevdən Şahin Sultanova qadağa - ŞOK
Ölkə12:36 04.04.2014

İlham Əliyevdən Şahin Sultanova qadağa - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanova hərbi forma gəzdirməyi qadağan edib. 

Qaynar.info xəbər verir ki, Aktual.az-ın əldə etdiyi məlumata görə, ölkə başçısı bu qadağanı vitse-admiralı vəzifədən azad edilməsi ilə bağlı imzaladığı sərəncamdan dərhal sonra verib. Məlumatda bildirilir ki, adətən, yüksək rütbəli şəxslər ordudan tərxis olunanda onlara adi həyatda hərbi forma geyinməyə icazə verilir. Təqaüdə göndərilmiş hərbçilər həmin forma ilə gəzmək, hətta tədbirlərdə belə iştirak etmək hüququna malik olurlar. 

Vəzifə səlahiyyətlərini icra etdiyi müddətdə ciddi qanun pozuntularına yol verən və misli görünməmiş maliyyə fırıldağı ilə ölkənin varidatını mənimsəyən vitse-admirala prezidentin məlum qadağası onun tezliklə həbs olunacağına işarə verir. 

Nazirlikdəki mənbənin Aktual.az-a verdiyi daha bir məlumat isə bu gün həbs olunan Yunus Məmmədovun ifadəsi ilə bağlıdır. Vaxtilə Şahin Sultanovun komandanlığında qərargah rəisi olmuş və vitse-admiralın təqaüdə göndərilməsindən sonra bir müddət onun vəzifəsini icra etmiş polkovnik Yunus Məmmədov istintaqa verdiyi ifadədə korrupsiya əməllərini Şahin Sultanovun göstərişləri əsasında yerinə yetirdiyini bildirib. 

Qaynar.info