Xəbər lenti

İlham Əliyevdən Vyetnam prezidentinə təbrik məktubu
Ölkə13:43 01.09.2018

İlham Əliyevdən Vyetnam prezidentinə təbrik məktubu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Vyetnam Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.
Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.