Xəbər lenti

İlham Əliyevin ad günü ilə bağlı 52 min ağac əkildi - FOTO
Ölkə07:16 23.12.2013

İlham Əliyevin ad günü ilə bağlı 52 min ağac əkildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin doğum günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib. 

Dövlət başçısının doğum günü ilə əlaqədar kampaniya çərçivəsində ilk ağacı şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əkib. 

Prezident cənab İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncədə Məhsəti qəsəbəsində 52 min ağac əkiləcək. Proses bu gündən başlayaraq dekabrın 30-a qədər davam edəcək.

Qeyd edək ki, bu kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. Ağaclar aqro-texniki şərtlərə əmək olunaraq damcılama suvarma sistemi ilə təchiz olunub. Son iki ildə isə Gəncədə 2 milyondan artıq ağac əkilib.

Qaynar.info