Xəbər lenti

İlham Əliyevin sənədləri MSK-ya təqdim olunacaq
Ölkə06:59 19.08.2013

İlham Əliyevin sənədləri MSK-ya təqdim olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 İmza toplama kampaniyası artıq başa çatmış Azərbaycan prezidentliyinə növbəti dəfə namizəd, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sənədləri avqustun 20-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, İlham Əliyevin vərəqləri artıq tam hazırdır: “Bütün bölgələrdən daxil olan imza vərəqələri partiyanın icra katibliyində tam yoxlanılıb və artıq təqdim etmək üçün hazırdır. Lakin qanunvericiliyə görə, seçkiyə 50 gün qaldıqdan sonra imza vərəqələri MSK-ya təqdim oluna bilər. Buna görə də biz vaxtından əvvəl imza kampaniyasını başa çatdırmağımıza baxmayaraq, sabah – avqustun 20-də sənədləri MSK-ya təqdim edə biləcəyik”.

 İmzatoplama kampaniyasında 1000-dək partiya fəalı iştirak edib.

 Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyini təsdiq edib.

 İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

Qaynar.info