Xəbər lenti

İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı (VİDEO)
Ölkə13:24 22.06.2022

İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, görüşün videogörüntüləri feysbukda "Özbekistanhaber” hesabında paylaşılıb.
Məlumata görə, əsgər yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.
Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.