Xəbər lenti

İlham Əliyevin Türkiyə səfəri başa çatdı - FOTO
Ölkə18:59 13.11.2013

İlham Əliyevin Türkiyə səfəri başa çatdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb. APA-nın verdiyi məlumata görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Dövlət başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.
 
Prezident İlham Əliyev artıq Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.


Qaynar.info