İki gün əvvəl Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevinbarəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclasıkeçirilib. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasdazərərçəkənlər Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmiroviştirak edirdilər.
Hakim hazırkı iş üzrə dövlət ittihamını Bakı Şəhər Prokurorluğunundövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəriman Babayevin,İ.Mirzəyevin hüquqlarını isə vəkillər Xanlar Bayramzadə və İkramAbdullayevin müdafiə etdiyini elan edib.
Amma maraqlıdır ki, İ.Mirzəyev məhkəmənin hazırlıq iclasında söz alaraqprosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyib. Lakinjurnalistlər də hesab edir ki, onun bu vəsatəti təmin olunmamalıdır,çünki onun ittiham olunduğu dələduzluq maddəsi ictimai əhəmiyyət daşıyırvə ictimaiyyət bu cinayətin motivlərini mətbuatdan oxuyub xəbərtutmalıdır. Bu isə hər kəsin konstitusion hüququdur, məhdudlaşdırılabilməz.
"Təzadlar" qəzeti İlham Mirzəyev barədə ittiham aktını əldə edib:
İTTİHAM AKTI
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) BaşMütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin başmüstəntiqi, polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu, Mirzəyev İlhamƏlikram oğlunun Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin (CM)178.2.2. 178.2.3 və 178.2 4-cü maddələri ilə təqsirləndirilməsinə dair1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmışsübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim.
Həmin cinayət işi 10 aprel, 2014-cü il tarixdə tərəfımdən faktlagörə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü mıaddəsi ilə başlanmış vəicraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.
”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğluƏhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avromüqabilində cadugərlik yolu ilə ona yalan vəd verib pulunumənimsəmişdir.
Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhəri, Nərimanovrayunu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən"İlhaMed” Tİbb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlununƏhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avromüqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü iltarixdə tibb mərkəzindəki iş otağında Aynur Əhmədovadan 1600 avro pulunualdatma yolu ilə alaraq ələ keçirməsi,
10 aprel, 2014-cü il tarixdə saat 15:30-da DİN BaşMütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindənAynur Əhmədovanın şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarıştədbiri zamanı sonuncunun növbəti dəfə «İlhaMed» Tibb Mərkəzinə gələrəkəvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro puləskinaslarından ibarət 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevəiş otağında verməsi, bununla da İlham Mirzəyevin Aynur Əhmədovayaməxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatmayolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqladələduzluq cinayətini törətdikdən sonra yaxalanması faktına görətoplanmış materiallar olmuşdur.
10 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlucinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə şübhəli şəxsqismində tutulmuşdur.
12 aprel, 2014-cü il tarixdə tərəfimdən cinayət işi üzrəşübhəli şəxs Mirzəyev İlham Əlikram oğlunun öz qulluq mövqeyindənistifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu iləözgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyanvurmaqla dələduzluq etməkdən ibarət cinayət əməlləri AzərbaycanRespublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişvə cinayət işinin ibtidai istintaqı bu maddələr üzrə davametdirilmişdir.
12 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlucinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cümaddələri ilə təqsirləndirilən şəxs qismində Bakı şəhəri, NərimanovRayon Məhkəməsinin hakimi Rəşad Abdulovun qərarı ilə barəsində 2 (iki)ay müddətində həbs-qətimkan tədbiri seçilmişdir.
02 avqust, 2014-cü il tarixdə tərəfimdən təqsirləndirilənşəxs Mirzəyev İlham Əlikram oğlunun əməlləri Azərbaycan RespublikasıCM-nin 178.2.3. və 178.2.4-cü maddələrindən həmin maddələr üzrə davametdirilmişdir.
04 avqust, 2014-cü il tarixdə tərəfimdən ibtidai istintaqzamanı 12 aprel, 2014-cü il tarixdə təqsirləndirilən şəxs Mirzəyev İlhamƏlikram oğluna elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə,ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3 və 178.2.4-cümaddələri yenidən ittiham elan edilmişdir.
04 iyul, 2014-cü il tarixdə Azərbaycan Respubilkası Başprokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri RüstəmUsubov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ayolmaqla, 05 (beş) ayadək, yəni 10 sentyabr, 2014-cü il tarixə kimiuzadılmışdır.
05 iyul, 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov RayonMəhkəməsinin hakimi Turqay Hüseynovun qərarı ilə təqsirləndirilən şəxsMirzəyev İlham Əlikram oğlunun həbsdə saxlanılma müddəti 2 (iki) ayolmaqla 10 sentyabr, 2014-cü il tarixədək uzadılmışdır.
Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Mirzəyev İlhamƏlikram oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki yaşadığıBakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi,34 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətinin aqlaydaşı ilə döşənməsindən ötrü usta kimi müraciət etdiyi Daşdəmirov RəşadYaşar oğlunun etibarından sui-istifadə edərək təmir-tikinti işlərindəistifadə ediləcək aqlay daşının pulunu görüləcək işin sonundaödəyəcəyinə dair yalan vəd verib onu aldatmış, Rəşad Daşdəmirov 2012-ciilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddətərzində qeyd olunan ünvanda öz vəsaiti hesabına aldığı aqlay daşı ilədöşənmə işlərini tam olaraq başa çatdırsa da o, istifadə olunan 5000manat dəyərində aqlay daşının pulunu ödəməyib aldatma yolu ilə ələkeçirərək zərərçəkmiş şəxs Rəşad Daşdəmirova xeyli miqdarda ziyanvurmaqla dələduzluq etmişdir.
«İlham Əlikram oğlu Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02aprel, 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibbmərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissəolmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmişdir…»
Bundan başqa, İlham Mİrzəyev təkrarən özgənin əmlakını ələ keçirməkməqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoruolduğu «TANRI» Elmi-İstehsalat Firmasının nəzdində Bakı şəhəri,Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyətgöstərən «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova ZülfiyyəNamaz qızının etibarından sui-istifadə edərək həmin tibb mərkəzində 16seanslıq ödənişli müalicə kursu keçdikdən sonra oğlu Əhmədov İdrisFəxrəddin oğlunun problemini tam şəkildə aradan qaldıracağına dair yalanvəd verib.
İlham Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibb mərkəzində müalicə kursu adı iləZülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunualdatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdardaziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir.
Bundan başqa, İlham Mirzəyev təkrarən özgənin əmlakını ələ keçirməkməqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoruolduğu «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova AynurƏşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro pul müqabilindəcadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə«İlhaMed» tibb mərkəzindəki iş otağında Aynur Əhmədovanın həmin dövrünməzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1730manat 88 qəpik təşkil edən 1600 avro pulunu aldatma yolu ilə alaraq ələkeçirmiş, guya məsələnin müsbət həlli üçün Aynur Əhmədovanın və ailəqurmaq istədiyi şəxsin fotoşəkiləlrini 3000 avro pulla birlikdə təciliİsrail dövlətinə göndərməli olduğunu bildirərək qalan 1400 avro pulunövbəti gün ona verməsini istəmişdir.
Bundan sonra İlham Mirzəyev tərəfindən aldadılması qənaətinə gələn Aynur Əhmədova 10 aprel, 2014-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədəşikayə ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında qeyd olunanidarənin əməkdaşları tərəfindən 10 aprel, 2014-cü il tarixdə saat15:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Aynur Əhmədovanövbəti dəfə «İlhaMed» tibb mərkəzinə gələrək əvvəlcədən seriya vənömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əsginaslarından ibarəthəmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pulvahidi ilə 1520 manat 68 qəpik təşkil edən 1400 avro pulu mərkəzindirektoru İlham Mirzəyevə iş otağında vermiş, bununla da İlham MirzəyevAynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeylimiqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayətinitörətdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən işotağında saxlanılmış, baxış zamanı seriya və nömrələri qeyd olunmaqlaəməliyyat tədbirində istifadə olunan və bir qədər əvvəl Aynur Əhmədovatərəfindən ona təqdim olunmuş 14 ədəd 100-lük avro pul əsginasları İlhamMirzəyevin iş otağındakı şkafın yuxarıdan ikinci siyirməsindən aşkaredilərək götürülmüşdür…"
Qaynar.info