Xəbər lenti

İlham Mirzəyevin həbsi təsdiqləndi - YENİLƏNİR
Ölkə09:29 11.04.2014

İlham Mirzəyevin həbsi təsdiqləndi - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Cavanşir Süleymanov APA-ya açıqlamasında İlham Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: “Məndə olan məlumata görə, hazırda idarədədir”.

İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib. İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.

***

Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub. 

Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir. 

Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.

DİN mətbuat xidmətindən “Azadlıq”ın əməkdaşına teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər. /Azadliq.info/