Xəbər lenti

İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva barışdılar
Ölkə06:24 18.03.2013

İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva barışdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə aralarında ciddi qalmaqal yaşanan iki xalq artisti barışmaq qərarına gəlib. 

Gün.Az xəbər verir ki, söhbət İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevadan gedir.

Xatırladaq ki, bir müddət öncə bir-birinə düşmən kəsilən sənətçilər mətbuatda açıq məktubla çıxış etmişdilər.

Amma prodüser Tolik (Tarix Ağayev) özünün "Facebook" profilində İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın barışdığını yazıb:

“Bəzi ortada gəzən “adamcığazlar”a deyirəm ki, arzunuz ürəyinizdə qaldı. Bu gün “Meridian” restoranında İlhamə xanım, oğlu və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar”.

Tolik əlavə edib ki, İ.Quliyevanın anası Tükəzban İsmayılovanın martın 24-də vəfatının ildönümüdür.

“İlhamə Quliyeva Nazpəri Dostəliyevanı o məclisə şəxsən dəvət edib. İlhamə xanımın oğlu Orxanın toyunda da Nazpəri Dostəliyevanın iştirak edəcəyi gözlənilir”.