Xəbər lenti

İlhamə Quliyevanın ölüm səbəbi məlum oldu - Rəsmi
Ölkə12:54 25.02.2016

İlhamə Quliyevanın ölüm səbəbi məlum oldu - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Qaynar.info