Xəbər verildiyi kimi bu gün, Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib.
Bu barədə "Sputnik.az" xəbər verib. Mərhum müğənninin vəsiyyətini oxuculara təqdim edirik:
Xatırladaq ki, İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.
Müğənni Tükəzban İsmayılovanın qızıdır. Bir oğul övladı var.