Xəbər lenti

İlhamla Fərizənin məzarını təhqir edən şəxs həbs olundu
Ölkə08:17 24.09.2014

İlhamla Fərizənin məzarını təhqir edən şəxs həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verən şəxs həbs olunub. 

Qaynar.info-ya DİN-dən daxil olan məlumata görə, Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanmış və istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur.

Faktla bağlı istintaq davam etdirilir.

Qaynar.info