Xəbər lenti

İlin əvvəlində Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı
Ölkə17:10 05.03.2019

İlin əvvəlində Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ilin yanvarında Azərbaycandan Türkiyəyə 46,8 min turist səfər edib.
Qaynarinfo-nun məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 2,45 faiz azdır.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,05 faiz təşkil edib.
Ümumilikdə ötən ay Türkiyəyə 1,539 milyon turist səfər edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,33 faiz çoxdur.
Həmin müddətdə Türkiyəyə ən çox turist Bolqarıstandan (113,8 min) və Gürcüstandan (112,3 min) gəlib.