Xəbər lenti

İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq
Ölkə08:04 22.12.2016

İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq… 

23 dekabr saat 14:00-da Park İnn otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ictimai xadimlərin qatılacağı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan "Azərbaycanı dünyada necə tanıdaq?” jurnal və saytın təqdimatı keçiriləcək.

Bununla yanaşı hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı da təqdim ediləcək. Bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsinin mükafatlandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb. 

İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq… 

23 dekabr saat 14:00-da Park İnn otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ictimai xadimlərin qatılacağı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan "Azərbaycanı dünyada necə tanıdaq?” jurnal və saytın təqdimatı keçiriləcək.

Bununla yanaşı hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı da təqdim ediləcək. Bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsinin mükafatlandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb.Tədbirdə iştirak sərbəstdir.

Qaynarinfo.Az