Xəbər lenti

İlin son gecəsində intihar: Yeni dəb, yoxsa...? (ŞƏRH)
Ölkə 16:08 22.12.2023

İlin son gecəsində intihar: Yeni dəb, yoxsa...? (ŞƏRH)

"İnsanın məna axtarışı" kitabında bayramqabağı intihar hallarının artması ilə bağlı bəzi məqamlar var. İnsanlar il dəyişəndə, bayram olanda düşünür ki, ötməkdə olan ildə mənim həyatımda bir dəyişiklik olmadı. Yəqin ki, növbəti gələcək ildə də dəyişililk olmayacaq və intihar düşüncəsi ilə yaşayırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov qadınların daha çox intihar etməsi səbəblərini açıqlayarkən deyib. 

Psixoloq bildirib ki, intihar düşüncəsində olan insanların bir qismi onu həyata keçirir:

"Onlar deyir ki, həyatımda heç nə dəyişmirsə, yaşamağa dəyməz. Guya 2024-cü ildə nə dəyişəcək ki? Bu düşüncə onlarda intihar fikirini yaradır və beləcə intihar edirlər. İntiharla bağlı bu düşüncələrdən qurtarmaq üçün proflaktik tədbirlər görülməlidir. Proflaktik tədbir nədir? Cəmiyyətdə maariflənmə işlərinin görülməsi, psixoloji dəstək, insanlarda yaşamaq eşqinin yaradılması üçün işlər aparılmalıdır".
 


Elnur Rüstəmovun sözlərinə görə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, intihar hallarına görə qadınlar üstünlük təşkil edirlər:
 
"İntihar cəhdi kişilərə nisbətdə qadınlarda daha çoxdur. Ancaq intihara cəhd halları kişilərdə daha çox baş verir. Qadın həyatıboyu 4 dəfə intihara cəhd edə və sonda intihar baş tutmaya bilər, ancaq kişi iki dəfə intihara cəhd edə bilər və bu, baş tutmuş hesab oluna bilər".

Qeyd edək ki, dekabr ayında intihar edənlərin statistikası açıqlanıb. Dekabrda 5 nəfər intihar edib, onların hamısı qadındır.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->