Xəbər lenti

İlin sonuna kimi ictimai nəqliyyat kart sisteminə keçəcək
Ölkə10:57 07.11.2013

İlin sonuna kimi ictimai nəqliyyat kart sisteminə keçəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin sonuna kimi, paytaxtda ictimai nəqliyyatda kart sisteminə keçid mümkün olacaq. 

Nəqliyyat Nazirliyindən ANS PRESS-ə verdilən məlumata görə, nəqliyyatda kart sisteminə keçidin vaxtının dəyişdirilməsi kartların hesablanması üzrə validatorların gətirilməsində və sistemdə yaranan yubanmalarla əlaqəlidir.

Nazirliyin məlumatına görə, kart ödəniş sisteminin tətbiqinin birinci mərhələsi bu ilin sonunadək həyata keçiriləcək. Tətbiq edilən sistem işlərin dəqiq görülməsini tələb etdiyi üçün müəyyən qədər yubanmalar başadüşüləndir.

Xatırladaq ki, bir müddət öncə nəqliyyatda yeni sistemə keçidin sentyabrda başlanılacağı bildirilib. Ancaq yaranan problemlərdən sonra bu müddət dəyişdirilib.

Qaynar.info