Xəbər lenti

İlin sonunadək istismara veriləcək məktəblərin sayı açıqlandı
Ölkə12:56 25.08.2021

İlin sonunadək istismara veriləcək məktəblərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-2022-ci tədris ilinə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil veriləcək. 
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əlavə olaraq 15 modul tipli məktəb quraşdırılacaq.
Qeyd olunub ki, 2021-ci ilin sonuna ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcək.