Xəbər lenti

İlk buraxılış imtahanlarında yuxarı nəticə göstərilib
Ölkə17:48 21.06.2016

İlk buraxılış imtahanlarında yuxarı nəticə göstərilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənub bölgəsində iyunun 16-da keçirilən buraxılış imtahanlarının ilkin nəticələrinə görə məzunlar ötən illə müqayisədə 5-6 faiz yuxarı nəticə göstəriblər. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadənin sözlərinə görə, cənub bölgəsində keçirilən buraxılış imtahanlarının nəticələri hələlik çap edilməyib. O qeyd edib ki, buraxılış imtahanları tam  başa çatandan sonra cədvəllər çap edilərək təqdim olunacaq. 

Qaynarinfo.az