
Şamaxının icra başçısı Asif Ağayevlə bağlı hüquq-mühafizə orqanlarına şikayət ünvanlanıb.
Bu barədə Dia.az məlumatlandıran mənbə iddia edir ki, icra başçısından şikayət edən tərəf maliyyə nazirliyidir.
Mənbə iddia edir ki, keçən il Şamaxı rayon icra hakimiyyətinin maliyyə hesabatında ciddi qanun pozuntuları aşkarlanıb: "Müəyyən olunub ki, Şamaxı rayonu icra hakimiyyəti adından verilən maliyyə hesabatında böyük yeyintinin izləri aydın şəkildə görünür. Bundan sonra Maliyyə Nazirliyinin sifarişi ilə ekspertlər, habelə, Hesablama palatasının mütəxəsisləri araşdırma aparıblar".
Mənbə bildirir ki, artıq Şamaxının icra başçısına qarşı çevrilə biləcək çox ciddi faktlar hüquqi araşdırmaya verilib: «Əgər «yuxarılar» xeyir-dua verərsə, Asif Ağayevi nəinki vəzifəsindən alacaqlar, hətta onun həbsi belə gündəmə gələ bilər».
Məsələ ilə bağlı əlavə bilgiləri verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.
Qaynar.info